Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab
08 Noyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
120
01.01.1970, 04:00
Kubanın paytaxtı Havana şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib.
Oxu24.com xəbər verir ki,Azərbaycanın Kubadakı Səfirliyindən "Report"a bildirilib ki, qəbulda fəxri qonaq qismində Kubanın ədliyyə naziri xanım Rosabel Qamon Verde və xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo, həmçinin, Kuba XİN-in, Mərkəzi Komitənin, dövlət qurumlarının, diplomatik korpus, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan və Kubanın Dövlət himnləri səsləndirilib.
Sonra ölkəmizin Kubdakı səfiri Ruslan Rzayev çıxış edərək, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş respublikanın xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.
O, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.
Səfir Azərbaycanın son illərdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu xüsusda 17-22 may tarixlərində ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
Çıxışı zamanı Azərbaycan-Kuba əlaqələrinə toxunan R.Rzayev son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.
Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar, o cümlədən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar "İçərişəhər: Canlı şəhər irsi" sərgisi nümayiş olunub. Sonda qonaqlara, həmçinin, Azərbaycan mətbəxinin şirin təamları təqdim olunub.


13:45 / 08 Noyabr 2026
144
13:35 / 08 Noyabr 2026
290
13:21 / 08 Noyabr 2026
69
13:16 / 08 Noyabr 2026
105
13:06 / 08 Noyabr 2026
108
12:47 / 08 Noyabr 2026
183
12:46 / 08 Noyabr 2026
90
12:39 / 08 Noyabr 2026
95
12:35 / 08 Noyabr 2026
497
12:29 / 08 Noyabr 2026
119
12:28 / 08 Noyabr 2026
115
12:27 / 08 Noyabr 2026
108
12:22 / 08 Noyabr 2026
110
12:17 / 08 Noyabr 2026
104
12:16 / 08 Noyabr 2026
116
12:14 / 08 Noyabr 2026
124
12:05 / 08 Noyabr 2026
265
11:59 / 08 Noyabr 2026
731
11:52 / 08 Noyabr 2026
194
11:48 / 08 Noyabr 2026
107
11:45 / 08 Noyabr 2026
114
11:40 / 08 Noyabr 2026
7085
11:37 / 08 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.