Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı

2018-04/1522653464_rusiya-ermenistan.jpg

DÜNYA

1997

02.04.2018, 11:18

\"\" Ermənistanda yerləşən Rusiya hərbi bazasının mindən çox hərbçisi Alagöz dağlıq poliqonunda hərbi təlimlərdə iştirak edir.
Oxu24.com  “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib. “İkitərəfli taktiki təlimlərdə mindən çox hərbçi iştirak edir və qırıcı, ordu və pilotsuz aviasiya da daxil olmaqla 300-ə yaxın hərbi texnika cəlb olunub”, - deyə məlumatda qeyd olunub.   “Manevrlər və şərti düşmənə atəş zərbələri pilotsuz uçuş aparatları tərəfindən izləniləcək və bütün məlumatlar real vaxt rejimində kameralar vasitəsilə komanda-qərargah mərkəzinə ötürüləcək ki, bu da birləşmələrin təlim döyüşündə hərəkətlərini obyektiv şəkildə qiymətləndirməyə imkan verəcək”, - deyə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.