Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
158
az

Ermənilərin imtina etdikləri hərbçiləri kimlərdir? - ŞOK FAKTLAR

00:1602 Aprel, 2018
5725
DÜNYA
  • A

 Aprel döyüşlərində düşmən ordusunun itkilərinin çox hissəsinin gizlədilməsi və hətta bəzi hallarda onlardan imtina etməsi faktı artıq sübuta yetirilir. Femida.az erməni ictimaiyyətindən gizlədilən məhv edilmiş əsgərlərin kimliyi barədə araşdırma aparıb. Burada cinayətkar ölkənin daha bir cinayətinin üstü açılır.


Son əməliyyatlar çürük “Böyük Ermənistan” xülyasının iyrəncliklərini tarix səhnəsinə daşıdı. Ermənilərin ölmüş hərbiçilərinin cəsədlərini geri almaq istəməməsi, ərazilərdən cəsədləri yığışdırmaqdan faktiki olaraq imtina etməsi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin belə təəccübünə səbəb olub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin də öz bəyanatında bu fakta diqqət yetirməsi heç də təsadüfü deyildi. Mətbuatda yayılan bəyanatda (17.04.2016) deyilir: “Hər cür şərait yaradılmasına baxmayaraq düşmən tərəfi döyüşdə ölən əsgər və zabitlərin cəsədlərinin toplanmasında fəallıq göstərmir. Bu məsələyə biganə və laqeyd yanaşır, hərbi qulluqçuların nəşini valideyinlərinə çatdırmaqda maraqlı olmadıqlarını sübut edir. Ehtimal ki, hələ də döyüş meydanlarında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya könüllü adı ilə cəlb edilmiş terrorçuların cəsədləridir.”

Müdafiə Nazirliyinin bəyanatından göründüyü kimi bu məsələdə şübhə doğuracaq məqamlar var. Bəs nəyə görə ermənilər bu cəsədlərdən imtina edib? Yaxud da məhv edilmiş həmin hərbçilərin Ermənistan tərəfi götürülməsində niyə maraqlı olmayıb? Burada böyük erməni cinayəti və vəhşiliyi dayanır.

Araşdırdığım mənbələrə və tanış olduğum hərbi əsirlərin söylədiklərinə əsasən dünyanın gözləri önündə yeni tipli cinayət işləndiyi qənaətinə gəldim. Bu cinayətin başında isə erməni Qriqoryan kilsəsi durur. Bu qurum öz siyasi və hərbi strategiyası olan dindən, Tanrıdan çox İblisə xidmət edən bir gizli təşkilata çevrilib. Dünya xiristian dairələri bəşəriyyətə və qeyri-millətlərə nifrət aşılayan teokratik maska geymiş bu katalikosluğun fəaliyyətini araşdırmalıdır. Bu qurum din adı altında gizlənən bir terror təşkilatıdır. 

Ermənistan Statistika Komitəsinin məlumatına görə ölkədə fəaliyyət göstərən 13 yetim evindən yalnız 8-i rəsmi dövlət qeydiyyatındadır. Kilsənin himayəsində olan uşaq evləri haqqında məlumatlar gizli saxlanılır və bu qapalı xüsusi təmayüllü müəssisələrdə anti-türk ruhlu bir “nəsil” yetişdirilir. Onları “Valideyinlərinin Türklər tərəfindən öldürülməsi”, “Düşmənlərinin Türklər olması” və s. kimi bir nifrətlə böyüdürlər. Əldə etdiyimiz məlumata görə bu qapalı müəssisələr Gümrü, Spitak və Eçmiədzindədir.

Hərbi təmayüllü müəssisələr öz fəaliyyətlərini son 20 ildə daha da genişləndirib. SSRİ dönəmində uşaq evi olmayan Ermənistanda, az vaxta 13 uşaq evinin açılması faktı da şübhə doğurur. Düşmən tərəfi bu uşaqları haradan alır. ?

Əldə etdiyimiz məlumata görə erməni girovluğunda 17 azyaşlı, 247 nəfər ortayaşlı,149 nəfər isə yaşlı azərbaycanlı qadın var. Erməni tərəf bu qadınlardan 150-200 nəfərini “seks-köləyə” çevirib. Onlar qruplar halında hərbi birləşmələrin ixtiyarına verilirlər. 1993-1994 cü illərdən etibarən bu əlaqələrdən doğulmuş oğlan uşaqları uşaq evlərinə verilib. Qız uşaqları isə eksprimentlər üçün götürülüb,orqan nəqli üçün istifadə olunub və öldürülmüşlər. 


“Собеседник Aрмении” dərgisinin yazdığına görə Ermənistan “övladlıq vermə” adı ilə uşaq satışı ilə məşğul olur və burada kilsənin də rolu var. Ermənistan “Uşaqların qorunma və övladlıq münasibətləri haqqında” Haaqa Konvensiyasına 29 may 1993-cü ildə imza atıb. Buna baxmayaraq Azərbaycandan girov kimi apardığı uşaqların taleyindən indiyədək heç bir nəlumat verməyib. Çox güman ki, bu uşaqlar da kilsənin xüsusi təmayüllü məktəblərində bizə qarşı istifadə etmək üçün yetişdirilir. Hazırda dediyimiz bu fakt öz təsdiqini tapmaqdadır. Erməni tərəfinin meyitlərini götürmədiyi və yaxud götürməyi gecikdirdiyi hərbiçilər əsasən 1994-1998- ci il təvəllüdlü hərbçilərdi. Bu fakt ciddi surətdə araşdırılmalı və aidiyyatlı beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Bu meyitlərin DNK analizlərini çıxara bilərik. O zaman qaranlıq qalan bir çox məqamlara aydınlıq gələr. İnanıram ki, tərəqqipərvər bəşəriyyət bu fakta biganə qalmayacaq. Azad edilmiş girov və əsirlərin dedikləri, Əsir və İtkin düşmüş Vətandaşlarla Əlaqədar Dövlət Komissiyası və araşdırmaçı – yazar A.Həsənoğlunun “Erməni Sindiromu” əsəri bu faktları təsdiqləyən onlarla sübutlara malikdirlər. Faktlara diqqət yetirək:


“Sonra biz qadınları Xankəndində, erməni ordusunun əsgərləri olan yerə aparıb lüt soyundurdular, hamımızı zorladılar, yerə yıxıb, qarda sürüdülər”- bu azərbaycanlı girov qadının sözləridir.

Başqa bir girov qadın deyib: “Bizi başqa qızlarla birlikdə Xankəndində erməni ordusu olan yerə apardılar. Orada erməni hərbçiləri 8 nəfər qızı və məni zorladıqdan sonra dubinkayla döydülər. Martın 1-də Əsgəran milis şöbəsinə apardılar, yenə bizi incidib, zorlamağa başladılar. Damarıma iynə vururdular, özümdə olmurdum. Məni növbə ilə zorlayırdılar, sonrada itlə yaşamağa məcbur edirdilər.” 

Keçmiş girov Quliyev Məhəmməd Məmiş oğlu orada olduğu müddətdə Şuşa həbsxanasında çoxlu qadın saxlandığının şahidi olub.
Əlməmmədov Yaşar Şahmalı oğlu isə gözləri önündə 13-14 yaşlı qızları zorlandığını dəfələrlə gördüyünü deyib. 

Əsir Hüseynov Cabir Ağa oğlu bildirib ki, əsirlikdə olan azərbaycanlı qadınlardan körpə qız uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb, avtomatın süngüsünə keçirirdilər. Oğlanları isə saxlayırdılar ki, bunlarda türk qanı var, gələcəkdə Türklərə qarşı istifadə edə bilərik” (A. Həsənoğlu “ Erməni Sindiromu Bakı, 2007 ) .Bu faktlarla bağlı əsir və girovların ifadələri DK-da var .

Bu ermənilərin vərdiş etdikləri çoxdanki adətləridir. Ermənilər bu üsuldan hələ 1893-1915 ci illərdə istifadə etmişlər. Bölgədə məhv etdikləri ailələrin oğlan uşaqlarını Hələb texniki peşə tamayüllü kilsə yetimlər evinə və Livanda yaratdıqları yetimlər evinə yerləşdirmişlər. Bu gün onları guyə Osmanlı qırğını zamanı yetim qalmış erməni uşaqları kimi təqdim edirlər. 

Şəkildən də göründüyü kimi burada qız uşaqları yoxdur. Belə çıxır ki, yalnız oğlan uşaqları yetim qalıb? Bu uşaqlar savaş olmadığına görə 1924-cü ildə Ermənistana gətirilib.

Beləliklə, Ermənistanı daha bir bəşəri cinayət üstündə yaxalaya bilərik. Erməni kilsəsi əldə etdiyi bu yetim uşaqları yuxarıda söylədiyimiz qadınların kütləvi zorlanması nəticəsində dünyaya gətirdikləri və bölgələrdə 1-2 yaşlı girov götürdükləri uşaqların cəsədləridir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, bu gün Ermənistan tərəfinin gizlətdikləri meyitlər ata-anasız, uşaqlar evlərində böyüdülən və kilsənin birbaşa təhriki ilə ön cəbhəyə göndərilən əsgərlərdir.
Çünki arxada iblislərə kahinlik edən Qaragin bu uşaqları yetişdirib ön cəbhəyə göndərib. Təcili olaraq fəaliyyətə başlayaraq daha bir erməni vandalizminin üstünü aça bilərik. 
Faşizimdən dəhşətli olan ,bəşəriyyətə və qonşu xalqlara nifrət üstündə köklənən bu toplumun “erməni xəstəliyi” təcili müalicə edilməlidir. Bunun bircə yolu var....


Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri.
Femida.az üçün.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu