Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14262
az

Putindən Qurani-Kərimlə bağlı tövsiyə

22:3406 İyun, 2019
566
  • A
 Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çivəsində dünyanın iri informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.
Oxu24.com Azərtac-a istinadən xəbər verir ki, görüşdə 9 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, İran, İspaniya, İtaliya, Çin, Fransa və Yaponiya informasiya agentliklərinin rəhbərləri də iştirak ediblər.

Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə artıq altıncı dəfə keçirilən görüşdə Rusiya Prezidneti iştirakçıları maraqlandıran suallara cavab verib.
İtaliyanın ANSA agentliyinin baş redaktoru Luicu Kontunun “yeniyetmələrə hansı kitabı oxumağı məsləhət görərdiniz” sualına cavabında V.Putin dünya dinlərinin müqəddəs kitablarını, o cümlədən “Qurani-Kərim”i oxumağı tövsiyə edib.

O bildirib ki, dünya dinlərinin humanizmə əsaslanan müqəddəs kitabları – Bibliya, Quran və Tövrat sayəsində dünya daha yaxşı, sakit və sabit ola bilər. Rusiya Prezidenti deyib: “Bu kitablar humanizmə əsaslanır və biz orda yazılan qaydalara riayət etsək, dünya daha yaxşı, sakit və sabit olar”.

“Dayanıqlı inkişafın gündəmini formalaşdıraraq” şüarı altında təşkil olunan forumun proqramına 120-dən çox tədbir daxil edilib. İyunun 8-dək davam edəcək foruma 75 ölkədən 17 min nümayəndə qatılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan:
Atasının çıxışı unuduldu, hamı oğluna baxdı - Video

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO