Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13887
az

“Mançester Yunayted”in ulduzu: "Mxitaryan Bakıya getməyə qorxursa, özünə pampers alsın”

11:3329 May, 2019
685
DÜNYA
  • A
 
İngiltərənin "Mançester Yunayted" və "Everton" komandalarının keçmiş oyunçusu Andrey Kançelskis Rusfootbail.info portalına müsahibə verib.

Oxu24.com  ölkə.az-a istinadən xəbər verir ki, Andrey müsahibəsində Avropa Liqasının finalında "Çelsi" və "Arsenal" klubunun qarşılaşmasından və Mxitaryanın Bakıya səfərdən imtina etməsindən danışıb.

"Mən əminən ki, yaxşı futbol olacaq. Komandaların şansına gəldikdə, məncə, "Çelsi"nin şansı daha çoxdur. Çünki komanda bütün xətt üzrə balanslaşdırılmış oyun oynayır. Düşünürəm ki, qələbə onlarındır. Amma final finaldır. Məncə, penaltilərə qədər məsələ həll olunacaq. İstənilən halda, oyun əla olacaq. Çünki ingilislər açıq futbol oynayırlar.

Mxitaryanın getməməsini anlamıram. Kimdən qorxursan? Hansı siyasi münasibət? Sən futbol oynayırsansa, get və oyna. Bu, nə axmaqlıqdır. Gülməlidir sadəcə. Futbol futboldur, siyasət siyasətdir. Get və oyna. Sənə nə edəcəklər ki? Azərbaycan və Ermənistan münasibətlərinə baxmayaraq getməlisən. Çünki heç kəs sənə barmağı ilə toxunmayacaq. Əgər Mxitaryan belə qorxursa, özünə pampers alsın. Etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerinə olsam, onu cərimələyərəm. Əgər Avropa Liqasını uduzsalar, günahkar Mxitaryandır. Çünki getmədi və komandasına kömək etmədi", - Kançelskis bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı