Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1378
az

İran mühasirəyə alındı: İsrail HÜCUMA HAZIRLAŞIR

13:4504 May, 2018
2835
DÜNYA
  • A
ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişi haqda qərarını açıqlayacağı tarix yaxınlaşdıqca, Tehrana qarşı təzyiqlər artır.

Oxu24.com  xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun İrana aid nüvə dosyalarını ələ keçirdiklərini iddia etməsindən sonra hədəfə alınan Tehrana qarşı diplomatik hücum başlanıb.

Mərakeş Livanda yerləşən Hizbullahın Qərbi Saharanın müstəqilliyini müdafiə edən “Polisario” cəbhəsinə silah və siyasi dəstək verdiyini əsas gətirərək, İranla əlaqələrini kəsdi. Mərakeşin bu addımına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dəstək verdi.

Mərakeşin addımını şərh edən İran bunun ABŞ, İsrail və Səudiyyə Ərəbistanının təzyiqi ilə atıldığını açıqladı.

Ekspertlər Mərakeşin addımını İranın mühasirəyə alınması olaraq dəyərləndirir.

Digər tərəfdən, İsrailin İrana qarşı müharibə hazırlığına başladığına dair məlumat yayılıb.

Adları açıqlanmayan üç amerikalı rəsmi NBC xəbər kanalına bildirib ki, ötən həftənin sonunda Suriyada İrana aid bazalara edilən hücumu İsrail təşkil edib. İsrail hücumu F-15-lərlə edib. Amerikalı rəsmilər İsrailin aktiv şəkildə İranla müharibəyə hazırlaşdığını açıqlayıblar. Hücumla bağlı Təl-Əvivlə Vaşinqton arasında mütəmadi olaraq siyasi və hərbi müzakirələr aparılır. İlk döyüş meydanı olaraq Suriya nəzərdə tutulub. Suriyada aparılacaq İsrail-İran müharibəsinin nəticəsi olaraq birbaşa İrana hücum ediləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı