Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
135
az

SOS! Toyuq ətindən ölə bilərsiniz

09:2601 Aprel, 2018
2566
DÜNYA
  • A
Toyuq yeməkləri bişirildiyi gün yeyilməlidir, əks halda qida zəhərlənməsinə yol aça bilər.

Sağlam orqanizm üçün sağlam qidalanmaq vacibdir. Bunun üçün orqanizmə əhəmiyyətli olan protein ehtiyatı qəbul edilməlidir. Qida rasionumuza daxil etdiyimiz qidalardan protein baxımından ilk yeri yumurta və toyuq tutur. Uşaqların sağlam böyüməsi üçün protein çox vacibdir. Ancaq ilk öncə yeyilən toyuğun nə dərəcədə sağlam olduğunu bilmək lazımdır.

Oxu24.com  lent.az-a istinadən xəbər verir ki, toyuq qida zəhərlənməsi baxımından çox təhlükəlidir. Toyuğu çox isti otaq şəraitində saxlamaq olmaz. Donmuş toyuq soyuducuda, təzə alınmış toyuq əti isə ən az müsbət 4 dərəcədə saxlanılmalıdır. Firmalar məhsulun təzə olduğuna zəmanət versələr də, dükanlardan donmuş şəkildə aldığımız toyuğu evə gətirib çıxarana kimi bəzən onun buzu əriyir. Buna görə də dükandan alınan toyuğu son tarixinə qədər gözləmədən, tez bir zamanda bişirib yemək lazımdır.

Toyuq alarkən ilk diqqət edilməli əlamətlər onun rəngi və qoxusudur. Qablarda aldığınız toyuqların sellofanını tam açmadan bir kənarından cıraraq, qoxusunun necə olduğunu öyrənə bilərsiniz. Əgər pis qoxusu varsa, uzaqdan hiss ediləcək. Təzə toyuğun rəngi açıq olur.

Donmuş toyuğun buzunun açılması üçün soyuq su altında, ya da müsbət 4 dərəcə soyuducuda saxlamaq lazımdır. Toyuğu soyuducudan çıxarıb buzunun kənarda əriməsini gözləmək düzgün deyil. Toyuq zəhərlənməsinin ən böyük səbəbi bişirilən toyuğun həmin gün yeyilməməsidir.

Toyuq əti az odda uzun müddət bişirilməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu