Qaynar xətt:

(+99450) 247 90 86

Toyda dəhşət yaşandı: 9 yaralı var - FOTO

DÜNYA

189

02.04.2025, 11:13

Türkiyədə toy mərasimi zamanı kütləvi davada 9 nəfər bıçaqlanıb.

 Oxu24.com bu barədə yerli mətbuat xəbər verir.

Məlumata görə, hadisə Adıyamanda qeydə alınıb. Besni rayonunun, Sayörən kəndində keçirilən toy mərasimində kütləvi dava olub. Dava zamanı 9 nəfər bıçaq xəsarətləri alıb.

Hadisə yerinə gələn təcili yardım cəlb olunub, yaralılar müalicə olunmaq üçün Besni Dövlət Xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar 15 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir. /"Report"