Qaynar xətt:

(+99450) 247 90 86

Forbes ən varlı məşhurların adlarını açıqlayıb

DÜNYA

219

01.04.2025, 18:47

Dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir.

Oxu24.com xəbər verir  ki, Forbes jurnalı dollar milyarderlərinin 39-cu illik reytinqini açıqlayıb.

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir.

Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən zəngin amerikalılar siyahısına hələ 1994-cü ildə daxil olub: “Spilberq kinodan əldə etdiyi gəlirdən əlavə, Universal-ın əyləncə parklarında bilet satışı üçün daimi 2% qonorar haqqında danışıqlar aparıb”.

Rejissor Corc Lukas Forbes reytinqində ikinci yeri tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

İlk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır.

Bundan əvvəl ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi.

Forbes-in məlumatına görə, Maskın sərvəti 342 milyard dollar qiymətləndirilir.

Miri