Qaynar xətt:

(+99450) 247 90 86

Yeni səfir Rusiyada 

DÜNYA

223

01.04.2025, 18:34

Fransanın yeni səfiri Nikola de Rivyer Rusiyaya xidmət yerinə gəlib.

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Aprelin 1-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Fransa Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Nikola de Rivyerin etimadnaməsinin surətlərini qəbul edib”, - deyə diplomatik departamentdən bildirilib.

Martın 17-də Rusiya Fransanın Rusiya Federasiyasındakı yeni səfiri vəzifəsinə Fransanın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikola de Rivyerin namizədliyini təsdiqləyib. O, bu vəzifədə Fransanın Rusiyadakı müvəqqəti işlər vəkili Zakari Qrossu əvəz edib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nikolas de Rivyerenin Moskvaya səfərini şübhə altına almışdı. Onun Rusiyanı “Avropa üçün təhlükə” adlandıran Fransa prezidenti Emmanuel Makronun açıqlamaları ilə bağlı sualları olub.

Zaxarova Telegram kanalında Fransanın yeni səfirinin Rusiya Federasiyası ilə münasibətləri necə inkişaf etdirəcəyi ilə bağlı çaşqınlıq ifadə edib, çünki Makron Rusiyanı “sakitləşməyə” çağırır. Diplomat səfirin Rusiyaya səfərinin mənasını başa düşməyib.

Miri