Qaynar xətt:

(+99450) 247 90 86

İmran Xan Nobel mükafatına namizəd olub

DÜNYA

236

01.04.2025, 15:55

Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Uğrunda Hərəkat”ın yaradıcısı İmran Xan Pakistan Dünya Alyansı (PWA) hüquq müdafiə təşkilatı tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.

“The Times of India” PWA-nın bəyanatından sitat gətirib: “Biz İmran Xanın Pakistanda insan haqları və demokratik dəyərlərə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərmişik”.

İmran Xan ikinci dəfədir ki, nüfuzlu mükafata namizəddir. 2019-cu ildə Hindistanla hərbi gərginliyi azaltmaq səylərinə görə Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərildi və daha sonra Pakistan parlamentində onun namizədliyini dəstəkləmək üçün qətnamə təqdim edildi. Bununla belə, Xan “Kəşmirlə bağlı Pakistan-Hindistan mübahisəsinə yekun həlli gətirən və yarımqitədə sülhə yol açan” siyasətçiyə verilməli olduğunu deyərək Nobel mükafatına layiq olmadığını bildirib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən siyasətçi vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya görə 14 il həbs cəzası çəkir.

Nigar