Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna və ABŞ danışıqlara başlayıb

DÜNYA

241

01.04.2025, 14:59

Ukrayna və ABŞ mineral ehtiyatlar sahəsində əməkdaşlığa dair yenilənmiş saziş layihəsi üzrə məsləhətləşmələrin birinci mərhələsini keçirib.

Oxu24.com xəbər verir  ki, bu barədə Ukraynanın xarici işlər naziri Yevgeni Sıbıqa məlumat verib.

Onun sözlərinə görə, martın 28-də Ukrayna Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Amerika tərəfdən sənədin yeni mətnini alıb.

"Biz sazişin mətni üzrə Amerika tərəfi ilə məsləhətləşmələrə başlamışıq. Artıq birinci raund baş tutub. İmzalanma üçün qarşılıqlı məqbul varianta nail olmaq üçün çalışacağıq", - Sibiqa bildirib.

Miri