Qaynar xətt:

(+99450) 247 90 86

Tailandda  turistləri daşıyan qayıq partlayıb

DÜNYA

172

01.04.2025, 10:25

Rusiya və Qazaxıstandan olan turistləri daşıyan qayıq Tailandın cənubunda dənizdə partlayıb.

Oxu24.com  bu barədə Tailand polisinə istinadən xəbər verir.

Qeyd olunur ki, hadisə Tailandın cənubundakı Phuket əyalətindəki Maiton adası yaxınlığında baş verib. Qayığın partlaması nəticəsində bir Rusiya vətəndaşı yanıq xəsarətləri alıb.

Polisin məlumatına görə, partlayış zamanı qayıqda bir turist olub, daha 30 nəfər isə dənizdə çimirmiş.

"Zərərçəkmiş tibbi yardım üçün xəstəxanaya aparılıb. Qalan 30 turistə heç bir zərər dəyməyib və otellərinə qayıdıblar", - deyə hüquq-mühafizə orqanları bildirib.

 Nigar