Qaynar xətt:

(+99450) 247 90 86

Polşa ABŞ-ın Rusiyanı tələyə salmaq cəhdi barədə xəbərdarlıq edib

DÜNYA

185

18.03.2025, 18:54

ABŞ-ın Ukraynada 30 günlük atəşkəs təklifi Rusiyanı tələyə salmaq cəhdi ola bilər.

Oxu24.com  xəbər  verir   ki, bu barədə Polşanın Myśl Polska nəşri yazır.

“Ola bilsin ki, ABŞ-ın atəşkəs təklifi sadəcə Rusiyanı dünya ictimai rəyi qarşısında təcavüzkar kimi təqdim etmək üçün onu tələyə salmaq cəhdidir”, - məqalədə deyilir.

Məqalə müəllifinin qeyd etdiyi kimi, amerikalılar Rusiyanın şərtlərini nəzərə almadan atəşkəsə təkid etməklə, görünür, uzunmüddətli sülh istəmədiklərini açıq şəkildə nümayiş etdirirlər. O hesab edir ki, Vaşinqton tez bir zamanda Ukraynanın mineral ehtiyatlarına əl atmaq və münaqişəni davam etdirmək, xərcləri avropalıların üzərinə yıxmaq istəyir.

Martın 18-də Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparacaq. Kremldən bildirilib ki, iki ölkə liderləri Ukraynada 30 günlük atəşkəs rejimini müzakirə edəcək, həmçinin Rusiya Federasiyasının nəzarətində olan ərazilər və Zaporojjya Atom Elektrik Stansiyasının taleyi barədə danışacaqlar.

Tramp bu söhbətə böyük ümidlər bəsləyir. Amerika lideri əmindir ki, ondan sonra Putin 30 günlük atəşkəs sazişi imzalayacaq.

Bundan əvvəl Fransa Putinin Trampla danışıqlardakı taktikasını ideal adlandırıb.

Nigar