Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan Nüvə Enerjisi Agentliyi yaradacaq

DÜNYA

224

18.03.2025, 15:14

Qazaxıstanda nüvə enerjisi agentliyi yaradılacaq.

Oxu24.com  xəbər verir ki, müvafiq sərəncamı respublika prezidenti Qasım-Jomart Tokayev imzalayıb.

Sənəddə deyilir: “Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyi Energetika Nazirliyinin funksiya və səlahiyyətləri ona verilməklə, Qazaxıstan Respublikasının Prezidentinə bilavasitə tabe olan və hesabat verən dövlət orqanı kimi təsis edilsin”.

Bildirilir ki, agentlik yerin təkindən istifadə, uran hasilatı, əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, Semipalatinsk nüvə təhlükəsizliyi zonasının yaradılması və istismarı sahəsində fəaliyyət göstərəcək.

İdarəyə sabiq energetika naziri Əlmasadam Satkəliyev rəhbərlik edəcək.

Bundan əvvəl MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) rəhbəri Rafael Qrossi bildirmişdi ki, təşkilat Qazaxıstanda atom elektrik stansiyasının tikintisinə dəstək verəcək.

Qazaxıstanda dinc nüvə enerjisinin inkişafına dəstək olaraq, Qrossi Vyanada MAQATE Baş Konfransının 68-ci sessiyası çərçivəsində nüvə enerjisi üzrə Qazaxıstan milli pavilyonunun açılışında çıxış edib.

Bundan əvvəl bildirilmişdi ki, Banqladeş AES-in tikintisinə görə Rusiyaya olan borcunu ödəmək yollarını axtarır.