Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynalılar Kurski niyə tərk etdilər?

DÜNYA

210

18.03.2025, 14:59

Ukrayna Silahlı Qüvvələri Kursk körpübaşında çətin vəziyyətə düşüb: Şimali Koreya qüvvələrinin dəstəyi ilə Rusiya qoşunları Ukrayna mövqelərini mühasirəyə alıb və təchizat yollarını kəsiblər.

“The Economist” yazır ki, rusların bu uğura necə nail ola bildikləri hələ də qeyri-müəyyən olaraq qalır, lakin Donald Trampın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaq qərarı rol oynamış ola bilər.

Ukraynalı kəşfiyyatçılardan biri ABŞ-ın kifayət qədər dəstək vermədiyini bildirib.

Jurnal Ukrayna hərbçilərinin Rusiya təyyarələri və pilotsuz təyyarələrinin güclü hücumlarına məruz qaldığını qeyd edir. Bəzi zabitlər piyada 15 km geri çəkilməli oldular. Qoşunların Sudjadan qismən çıxarılması Kiyevə zərbə oldu, amma rus təbliğatının iddia etdiyi kimi fəlakət deyildi.

Ukrayna kəşfiyyatı hesab edir ki, Rusiyanın hücumu Trampın atəşkəs əldə etmək səyləri ilə üst-üstə düşüb. Mənbələrin bildirdiyinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində olduğu müddətdə Moskva atəşkəsə razı olmayacaq.

"Tramp bizə dözə bilmir, yeddi həftə ərzində biz müttəfiq olmaqdan xəyali borcları olan müştərilərə çevrildik", - Ukrayna hökumətinin sözçüsü deyib.

“The Economist” yazır ki, Ukrayna sərhədini yeni müdafiə xətləri ilə möhkəmləndirir, lakin artıq sərhəd kəndlərində rus kəşfiyyat qrupları müşahidə olunub. Sumidə hakimiyyət orqanları nəzarəti gücləndirib, jurnalistlərin çıxışını məhdudlaşdırıb və hərbçilərin mətbuatla əlaqə saxlamasını qadağan edib.

Ukrayna hərbi rəsmiləri ölkənin qeyri-müəyyənlik dövrünə qədəm qoyduğunu etiraf edir, lakin onlar ümid edirlər ki, Qərb, o cümlədən Tramp Rusiyadan gələn real təhlükəni dərk edəcək.

Miri