Qaynar xətt:

(+99450) 247 90 86

Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"

DÜNYA

214

16.03.2025, 14:02

ABŞ-ın Yəmən ərazisinə hərbi zərbələri husilərin Qırmızı dənizdə İsrail gəmilərinə hücum etmək niyyətlərinə təsir etməyəcək.

Bu barədə “Al Arabiya” telekanalı hərəkatın adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Husilər xəbərdarlıq edib ki, zərbələr cavabsız qalmayacaq.

Məlumata görə, husilər Qəzzadakı döyüşlər boyu İsrailə və Qırmızı dənizdəki gəmilərə hücum edib və heç bir şey bu hərəkətlərə təsir etməyib.

Martın 15-də ABŞ prezidenti Donald Tramp orsuya "Ənsar Allah" (Husi) hərəkatına qarşı “qətiyyətli və güclü hərbi əməliyyatlara” başlamağı əmr edib. ABŞ ordusu gecə saatlarında qrupun Yəməndəki hərbi obyektlərinə hücum edib. Hücumlar nəticəsində 31 nəfərin öldüyü, 101 nəfərin yaralandığı bildirilir.