Qaynar xətt:

(+99450) 247 90 86

Fiko Ukraynanı hədələyir

DÜNYA

186

03.03.2025, 21:47

Slovakiyanın baş naziri Robert Fiko Kiyevin Avropaya qaz tranzitini dayandırması ilə bağlı Aİ-nin Ukrayna üzrə cümə axşamı keçirilməsi planlaşdırılan sammitini əngəlləməklə hədələyib.

Siyasətçinin sözlərini ČTK xəbər agentliyi sitat gətirir.

Fico tələb edir ki, qarşıdan gələn sammitdə Aİ liderləri Ukraynanı öz ərazisindən Slovakiyaya və daha sonra Aİ-nin digər ölkələrinə təbii qaz tranzitini bərpa etməyə çağırsın.

Bratislavanın tələbi yerinə yetirilməsə, Slovakiyanın baş naziri veto hüququndan istifadə edəcək və Ukraynaya yardımla bağlı sammit bu məsələ ilə bağlı qərar qəbul edə bilməyəcək.

Macarıstanın baş naziri Viktor Orban da bundan əvvəl Aİ-nin Rusiya və Ukrayna arasında müharibənin həllinə yanaşmasını tənqid edib. O, təkid edir ki, sammitdə “Ukraynada atəşkəs və davamlı sülhün bərqərar olması ilə bağlı Rusiya ilə birbaşa müzakirələrə başlamaq” barədə qərar qəbul edilməlidir.

Nigar