Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ kəşfiyyatının rəhbəri Avropanı günahlandırır

DÜNYA

246

03.03.2025, 14:26

Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisəli görüşlə bağlı Avropa ölkələrindən verilən şərhlər onların sülhə can atmadıqlarını göstərir.

Oxu24.com xəbər verir  ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bu fikri Fox News telekanalına müsahibəsində bildirib.

“İnanıram ki, Trampın səylərini bu şəkildə tənqid edənlər sülhə sadiq olmadıqlarını nümayiş etdirirlər. Bir çox Avropa ölkələrində isə bu barədə danışsalar belə, onların azadlıq və dəyərlərə sadiqliyi şübhə altındadır”.

Qabbard Tramp administrasiyasının dəstəklədiyi prinsiplərlə Zelenskinin tərəfini seçmiş Avropa ölkələrinin maraqları arasında əhəmiyyətli fərqi vurğulayaraq, müharibəni davam etdirmək axtarışında ona dəstək verməyə hazır olduqlarını nümayiş etdirib.

Milli Kəşfiyyat rəhbəri qeyd edib ki, Rusiya və Ukrayna arasında münaqişəyə son qoyulması Tramp üçün prioritet olaraq qalır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında fevralın 28-də Vaşinqtonda görüş baş tutub. ABŞ və Ukrayna arasında nadir torpaq ehtiyatlarına dair sazişin imzalanacağı gözlənilirdi, lakin Zelenskinin davranışı ucbatından sazişin imzalanması pozuldu.

Görüşdən sonra Tramp bəyan edib ki, Ukrayna rəhbəri sülhə hazır deyil.

Nigar