Qaynar xətt:

(+99450) 247 90 86

Çin ABŞ-yə cavab zərbəsi hazırlayır 

DÜNYA

215

03.03.2025, 13:26

“Global Times” qəzeti mənbəyə istinadən xəbər verir ki, Çin ABŞ-dan kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumların tətbiqi imkanını müzakirə edir.

Nəşr qeyd edir ki, bu tədbirlər ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olacaq.

“Əgər ABŞ birtərəfli tariflərin tətbiqində israr edərsə və müvafiq tədbirləri rəsmən elan edərsə, o zaman Çin mütləq qətiyyətli, güclü əks tədbirlər görəcək”, - mənbə bildirib.

Mənbə bildirib ki, əlavə rüsumlar tətbiq etməklə yanaşı, Çin tarifləri nəzərdə tutmayan digər cavab tədbirləri də görə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın qərarı ilə fevralın 4-dən Çindən idxala 10%-lik rüsumlar qüvvəyə minib. Daha sonra ABŞ prezidenti martın 4-dən etibarən Çinə qarşı daha bir tarif paketinin tətbiq ediləcəyini və onun dərəcəsinin də 10% olacağını açıqlayıb.

Fevralın 10-dan Çin buna cavab olaraq ABŞ-dan kömür və maye qaz idxalına 15%, neft, kənd təsərrüfatı texnikası, iri mühərrikli avtomobillər və yük maşınlarına isə 10% əlavə rüsumlar tətbiq edib.

Miri