Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur karqo şirkətinin təyyarəsi TƏCİLİ ENİŞ ETDİ

DÜNYA

297

01.03.2025, 23:59

"FedEx"ə məxsus yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Nyu-Cersi ştatının Newark Liberty Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Oxu24.com  xəbər verir ki, bu barədə hava limanının nümayəndəsinə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Yayımcının məlumatına görə, qəza enişinə quşla toqquşma nəticəsində mühərrikin yanması səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, yüksək səslə müşayiət olunan insident yerli vaxtla səhər saat 8:07 radələrində (Bakı vaxtı ilə 17:07) baş verib.

Təhlükəsizliyə görə hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, lakin sonradan bərpa edilib. "FedEx", İndianapolisə gedən "Boeing 767"nin uçuş zamanı quşla toqquşduğunu təsdiqləyib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) insidentlə bağlı araşdırma aparmaq niyyətindədir.