Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Ukraynaya 200 milyon avro dəyərində silah göndərəcək

DÜNYA

1280

25.02.2025, 18:20

Polşa Ukraynaya dəyəri 200 milyon avrodan çox olan hərbi yardımın daha bir hissəsini köçürəcək.

 

Oxu24.com xəbər verir  ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

 

“Biz Ukraynaya çoxlu ianələr vermişik. Hazırda dəyəri 200 milyon avrodan çox olan növbəti, 46-cısını hazırlayırıq”.

 

Fevralın 17-də milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, Polşa Ukraynaya qoşun yeritməyi planlaşdırmır, çünki onun ordusu hazırda şərq sərhədinin mühafizəsi ilə məşğuldur.

O qeyd edib ki, Polşa-Belarus sərhədində daimi olaraq 6 min hərbi qulluqçu var və burada ümumilikdə 17 min hərbçi iştirak edir.

Rəy sorğularına görə, Polşa sakinlərinin yarıdan çoxu (53%) Varşavanın Kiyevə hərbi dəstək verməsinin əleyhinədir.

Bundan əvvəl Polşanın baş naziri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya yardım göstərməyi təklif etmişdi.

 

Nigar