Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanda qar uçqunu altında qalan rus ölüb

DÜNYA

769

24.02.2025, 12:22

Hindistanın şimalındakı Himaçal Pradeş əyalətinin Manali rayonunda rusiyalı turist qar uçqunu altında qalıb və ölüblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS yerli polisə istinadən məlumat yayıb.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi dostu və digər xizəkçilər ilə xizək sürərkən Qulu rayonunda qəfildən qar uçqunu baş verib.


"Pantera ilə bir dəqiqəlik ehtiras xəstəxanaya yerləşdirməyə səbəb olacaq"Evdəki yırtıcı: əsl dostluq, cinayət və ya xəstəlik?

Zərərçəkənlər qarın altından çıxarılıb, rusiyalı isə öz növbəsində helikopterlə Manalidəki xəstəxanaya aparılıb. Lakin həkimlər onu xilas edə bilməyiblər.

Həmyerlinin ölümü ilə bağlı məlumatı Rusiyanın Hindistandakı səfirliyi də təsdiqləyib: “Biz yaxınları və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Bundan əvvəl Qaraçay-Çərkəz Respublikasının dağlıq ərazilərində üç turist qar uçqunu altında qalıb. Hadisə Rusiya vilayətinin Zelençukski rayonunda, Sofiya dərəsindən bir qədər aralıda baş verib.

 

Nigar