Qaynar xətt:

(+99450) 247 90 86

Mask Zelenskiyə nə deyib?

DÜNYA

702

21.02.2025, 11:10

Amerikalı sahibkar və milyarder İlon Mask X sosial şəbəkəsində bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynadakı prezident seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayacağını anlayır.

 

“Ukrayna xalqı Zelenskiyə xor baxır, ona görə də o, prezident seçkilərini keçirməkdən imtina edib. Mən Kiyev rejiminin başçısına seçki keçirməyə və bunu təkzib etməyə çağırıram, amma o, bunu etməyəcək”, - Mask yazıb.

 

Biznesmen əlavə edib ki, Zelenski bütün Ukrayna mediasına nəzarəti ələ keçirib.

 

Biznesmenin fikrincə, Ağ Ev rəhbəri Donald Tramp Ukrayna liderini görməzlikdən gəlməklə düzgün iş görür. Musk vurğulayıb ki, Birləşmiş Ştatlar “murdar, kütləvi rüşvət maşınından müstəqil” bir dünya axtarır.

 

Daha əvvəl Mask demişdi ki, Zelenski diktator olmadığını sübut etmək üçün Ukraynada seçki keçirməlidir.

 

Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Ukraynada ötənilki prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib. Zelenskinin özü bəyan edib ki, dövlət başçısı seçkiləri indiki şəraitdə “vaxtsızdır”.

 

 

Nigar