Malayziya zəlzələdən zərər çəkən Myanmaya yardım edəcək
29 Mart 2025, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
1014
20.02.2025, 13:20
Sabah, fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapçast” ASC-nin sahibi Valeri Nikolayeviç Zaxarenkovun zərərçəkən olduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Valeri Zaxarenkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli zabitdir. “Aviazapçast” ASC ABŞ sanksiyaları altına düşən Rusiya şirkətlərindəndir. İş üzrə müttəhimlər kürsüsünə Fransa vətəndaşı olan Konstantin Kuçerlə Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin çıxarılıb. Konstantin Kuçer xuliqanlıq və külli miqdarda dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.
Musavat.com xəbər verir ki, müttəhim Konstantin Kuçerə qarşı “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti adından isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeri Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Ötən prosesdə Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb. Dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeri Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı zamanlardan məşğul olduğunu bildirib. Deyib ki, İspaniyada həyat yoldaşının adına olan şirkət üzərindən aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı biznesi ilə məşğul olub. Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar, hissələr alaraq digər ölkələrə satıb. 2019-cü ildə isə Valeri Zaxarenkova məxsus “Aviazapçast” və “Promyshlennye Postavkı Kazakhstan”la müqavilələr bağlayıb. Onlara sifariş etdikləri aviahissələri tədarük edib. İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb. Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini xəbər alıb. Konstantin Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını deməklə hakimdən çıxarılmasını xahiş edib. Hakim isə sualı çıxarmadan Konstantin Kuçerə cavablandırmasını tapşırıb. Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib. Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer mülki təyinatlı olmasını bildirib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü xəbər alıb. Konstantin Kuçerin vəkili növbəti dəfə suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib. Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır. Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunda Valeriy Zaxarenkov barəsində hüquq-mühafizə orqanlarına şikayət edənə qədər münasibətləri normal olub. Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə onunla əlaqə saxlayıblar. O da hava limanına Valeri Zaxarenkov və onun şirkətlərinin nümayəndələrini qarşılamaq üçün maşın göndərib, Bakıda qalmaları üçün hotel rezervasiya edib. Hadisə baş verən gün isə Valeri Zaxarenkov ona zəng edib Bakıda olduğunu dedikdə buna təəccüb edib. Qəfil gəlişin səbəbi ona görüş zamanı bəlli olub. Konstantin Kuçer deyib ki, görüşdə Oleq Bakinskini Valeri Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib. Bakinskinin “Aviazapçast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olmasını onun özünə də deyib. Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır. Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını bildirməyiblər. Söhbət əsnasında Valeri Zaxarenkov Konstantin Kuçerə ya pulları qaytaracağını, ya da sifarişlər üzrə malları çatdıracağını bildirib. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın da 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib. Valeri Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib. Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında hər hansı bir mübahisənin olmasını da bilməyib. Bundan sonra Valeri Zaxarenkov sərbəst ifadə verib. Deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər. İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib. Buna görə də “Aviazapçast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gəlib burada Konstantin Kuçerlə görüşüblər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib. Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də onun özü məsələni araşdırmaq üçün Bakıya gəlib və Konstantin Kuçerlə görüşə gedib. Görüşdə Kuçer Oleq Bakinskini ona özünün şəriki kimi təqdim edib. Söhbəti onunla aparmalı olduğunu deyib. Valeri Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub. Deyib ki, görüşə Valeri Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeri Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb. Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib, onunla sekslə məğlub olacağını bildirib. Bundan sonra isə stolun üstündəki su butulkalarını götürərək onun başına tərəf atıb. Həmin vaxt Konstantin Kuçer də su butulkalarını onun baş nahiyəsinə tərəf tullayıb. Əlləri ilə bir neçə butulkanı başına dəyməkdən yayındırsa da, biri alnına dəyib. Zərbənin təsirindən başı yarılıb deyə Sergey Styopin onu otaqdan çıxarıb.
Həmçinin oxuyun
Sonra xəstəxanaya gedib, orada alnına tikiş qoyulub. Oleq Bakinski Valeri Zaxarenkovu yalan danışmaqda ittiham edib. Bildirib ki, ofisdə görüş zamanı Valeri Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib. O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb. Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Bildirib ki, məlum görüş çıx qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeri Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər. O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib. Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər.
18:27 / 29 Mart 2025
Tələbə faciəli şəkildə öldü — FOTO
1
18:26 / 29 Mart 2025
Rusiyada aprelin 1-dən qüvvəyə minəcək YENİ QANUNLAR
4
18:19 / 29 Mart 2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
19
18:16 / 29 Mart 2025
Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
19
18:10 / 29 Mart 2025
ABŞ miqrantlarla mübarizənin xərclərini açıqlayıb
19
18:00 / 29 Mart 2025
Çin Qırmızı Xaç Cəmiyyəti zəlzələdən sonra Myanmaya çadır və çarpayılar göndərib
21
17:36 / 29 Mart 2025
Belqorod vilayətində dron hücumu təhlükəsi elan edilib
20
17:20 / 29 Mart 2025
17 yaşlı qızın meyiti tapılıb
45
17:19 / 29 Mart 2025
Ağstafada yol qəzası olub, ölən var
44
17:17 / 29 Mart 2025
Türkiyə Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
43
14:41 / 29 Mart 2025
" Ərdoğandan fərqli olaraq İmamoğlu xarizmatik lider deyil" — Politoloq əslində nə baş verdiyini AÇIQLADI
2038
14:26 / 29 Mart 2025
“Melissa Group”un rəhbərinə verilən ittiham məlum olub, 7 ilədək həbs edilə bilər
91
13:40 / 29 Mart 2025
“Melissa Group” tikinti şirkətinin rəhbəri həbs olundu
804
13:33 / 29 Mart 2025
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
99
13:18 / 29 Mart 2025
Google narazı reklam müştərilərinə 8 milyard rubldan çox ödəməyə razılaşıb
96
13:15 / 29 Mart 2025
Mağazadan geyim alıb pulun verməyən şəxs tutulub
99
13:05 / 29 Mart 2025
Sabahın havası necə olacaq?
96
13:03 / 29 Mart 2025
Braziliya prezidenti Rusiyaya səfərini təsdiqləyib
104
12:58 / 29 Mart 2025
İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib
103
11:33 / 29 Mart 2025
SON DƏQİQƏ! Prezident sərəncam imzaladı
1772
11:22 / 29 Mart 2025
41,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
123
11:06 / 29 Mart 2025
İlon Maskın "Starlink"i Azərbaycanda - QİYMƏTLƏR
318
10:25 / 29 Mart 2025
Vaqif Talıbov vəfat edib
969
10:20 / 29 Mart 2025
Britaniya Avropaya Ukraynadakı acizliyi ilə bağlı xəbərdarlıq edir
122
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.