Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın ABŞ-a olan borcunu ödəməsi üçün görün neçə il lazımdır - İnanılmaz rəqəm

DÜNYA

727

18.02.2025, 09:40

Ukraynaya ABŞ-a olan bütün borclarını ödəmək üçün təxminən 120 il vaxt lazımdır.

OXU24.COM  xəbər verir ki, bu barədə “Quincy Institute for Responsible Public Administration” analitik mərkəzinin nəşri məlumat yayıb.

Nəşr vurğulayıb ki, 2023-cü ildə Ukrayna 4,2 milyard dollarlıq metal ixrac edib. Analitiklər bu məbləğə əsaslanaraq Kiyevin borclarını ödəmək üçün 120 il vaxt lazım olacağını və ölkənin mühüm ixrac gəlir mənbəyini itirəcəyini hesablayıblar.

Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Skott Bessent ötən həftə Ukraynaya səfəri zamanı prezident Volodimir Zelenskiyə hərbi yardım müqabilində ölkənin bütün mineral ehtiyatlarının Vaşinqtona ötürülməsinə dair razılaşma imzalatmaq istəyib.