Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada İslam qəzeti çap edən cərimələndi

DÜNYA

656

10.02.2025, 16:32

Kursk məhkəməsi bir rusiyalını İslami mənəvi və maarifləndirici qəzet yaydığına görə cəzalandırıb.

 

Oxu24.com xəbər verir ki, bu barədə Kursk vilayətinin məhkəmə sisteminin birgə mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

Məhkəmə sənədlərinə görə, 2024-cü ilin dekabrında 27 yaşlı kişi səlahiyyəti olmadan Kursk şəhərinin Lenin küçəsindəki yaşayış binasının ərazisində “AS-SALAM” müsəlman qəzetini yayıb. Məhkəmənin qeyd etdiyi kimi, onun hərəkətləri “İSLAM dini hərəkatının” təbliğatı kimi qiymətləndirilir.

 

Həmin şəxs qanunsuz missionerlik fəaliyyəti ilə bağlı inzibati xəta törətməkdə təqsirli bilinib və beş min rubl məbləğində cərimə edilib.

 

Nigar