Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya NATO-nun Baltik dənizindəki əməliyyatına cavab tədbirləri görəcək

DÜNYA

151

06.02.2025, 18:25

Rusiya NATO-nun Baltik dənizində sualtı kommunikasiyalarda patrul əməliyyatına qarşı cavab tədbirləri görəcək.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiyanın Belçikadakı səfiri Aleksandr Tokovnin “Rossiya-24” telekanalının efirində bildirib.

 

“Yanvar ayında Şimali Atlantika Alyansı Baltikdə “Baltik Sentineli” adlı əməliyyata başlamaq üçün yeni qərar qəbul etdi.  Təbii ki, Rusiya tərəfi əks tədbirlər görəcək”, - diplomat bildirib.

 

Yanvarın 14-də Helsinkidə təşkilatın baş katibi Mark Ruttenin iştirakı ilə NATO-ya üzv ölkələrin Baltikyanı ölkələrin sammiti keçirilib.

 

Tədbirdən sonra verilən birgə bəyanatda bildirilir ki, Şimali Atlantika Alyansı Baltik Keşikçiləri missiyasını işə salır. Qərar dənizin dibi ilə keçən sualtı kabellərə bir neçə dəfə ziyan vurulduqdan sonra verilib.

 

 

Bundan əvvəl rusiyalı diplomat Rusiyanın Baltikyanı ölkələrdə NATO ilə necə qarşıdurma aparacağı haqda danışıb.

 

Nigar