Qaynar xətt:

(+99450) 247 90 86

Los-Ancelesdəki yanğınlara görə2,5 milyard dollar ayrıldı

DÜNYA

763

24.01.2025, 16:18

Kaliforniya hakimiyyəti Los-Ancelesdəki meşə yanğınları ilə mübarizə üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.

 Oxu24.com xəbər verir ki,  bu  barədə regionun qubernatoru Gavin Nevsom  məlumat yayıb. 

"Los-Angeles üçün 2,5 milyard dollardan çox yardım", - deyə o, "X"da yazıb.

Qeyd edək ki, "Mələklər" şəhərində yanğın yanvarın 7-də meşədə başlayıb. Təbii fəlakət nəticəsində 27 nəfər ölüb, on minlərlə evə ziyan dəyib.