Qaynar xətt:

(+99450) 247 90 86

Los-Ancelesdə baş verən yanğında ölənlərin sayı açıqlandı

DÜNYA

964

10.01.2025, 11:03

ABŞ-nin Los-Anceles qraflığında baş verən yanğınlar nəticəsində ölənlərin sayı azı on nəfərə çatıb.

Oxu24.com  xəbər verir ki, bu barədə CNN yerli tibbi ekspertiza departamentinə istinadən məlumat yayıb.

Hazırda zərərçəkənlərin və onların yaxınlarının şəxsiyyətinin müəyyənləşdirildiyi dəqiqləşir.

Bundan əvvəl media Amerikanın Los-Anceles dairəsində baş verən irimiqyaslı yanğınlar nəticəsində  9 minə yaxın evin zədələndiyini və ya dağıldığını yazmışdı. Ən azı 130 min insanın təxliyəsi tələb olunub.