Qaynar xətt:

(+99450) 247 90 86

Livan ordusu İsraillə sərhəd zonasına daxil olub

DÜNYA

240

06.01.2025, 21:02

Livan ordusunun bölmələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə yerləşən An-Nakura kəndinə daxil olub.

Oxu24.com xəbər verir  ki, bu barədə Janoubia məlumat yayıb.

Hərbçilər şəhərin qərb girişində və Vadi Hamul bölgəsindən gedən magistral yolda nəzarət-buraxılış məntəqələri qurublar.

Ordu qüvvələrinin yerləşdirilməsi şiə milisləri Hizbullahın yeraltı tunellərini və silah anbarlarını ləğv etmək üçün orada hərbi əməliyyat keçirən İsrail qoşunlarının Naquradan çıxarılmasından sonra başlayıb.

 

Miri