Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Hələbin şərqində baza quracaq? - Pentaqon açıqladı

DÜNYA

434

04.01.2025, 15:12

61 illik Baas rejiminin devrilməsi və Bəşər Əsədin ölkəni tərk etməsindən sonra Suriyada yeni dövr başlayıb. Dünyanın yaxından izlədiyi bu bölgədə ABŞ-ın Həsəkə şəhərindəki bazasındakı son fəallıq müzakirələrə səbəb olub.

OXU24.COM  xəbər verir ki, ABŞ-ın Ayn əl-Ərəbdə baza quracağı, əvvəllər “Kinim” oteli olan binanın isə baza qərargahı olacağı iddia edilib.

ABŞ-ın Hasəkə bazasından hərəkət edən logistika materialları, yanacaq, iş maşınları və hazır beton divarları daşıyan hərbi konvoyun Hələbin şərq çölünə doğru hərəkət etdiyi müşahidə edilib.

Bəzi qeyri-rəsmi mənbələrə görə, Sırrin, Tişrin bəndi və digər iki nöqtədə ABŞ-ın müşahidə məntəqələrinin olacağı da iddia edilib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ilin ilk mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib. Sinq bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir. ABŞ-ın belə bir niyyətinin olmadığını vurğulayan Sinq, İŞİD-lə mübarizəyə fokuslandıqlarını qeyd edib:

“Bizim Suriyada olmağımızın səbəbi İŞİD-in daimi məğlubiyyətini təmin etməkdir. İndi diqqəti regionda sabitliyə yönəltməyin vaxtıdır. Daha əvvəl dediyimiz kimi, ABŞ Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”.