Qaynar xətt:

(+99450) 247 90 86

Bayden və xanımı terrorun baş verdiyi əraziyə gedəcək

DÜNYA

652

03.01.2025, 18:01

ABŞ Prezidenti Co Bayden və xanımı Çill Bayden 15 nəfərin ölümü və 30 nəfərin yaralanması ilə nəticələnən terror aktının baş verdiyi Luziana ştatının Nyu Orlean şəhərinə səfər edəcəklər.

OXU24.COM  xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, prezident və birinci xanım faciə qurbanlarının ailələri və zəzərçəkmişlərlə görüşəcəklər.

Səfərin yanvarın 6-da baş tutması gözlənilir.

Xatırladaq ki, Yeni il gecəsi Nyu Orlean şəhərinin mərkəzində avtomobil piyadaların üzərinə sürülüb.