Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanda zavodda dəhşətli partlayış: 17 nəfər öldü -VİDEO

DÜNYA

136

21.08.2024, 23:16

Hindistanın Andhra Pradeş ştatında əczaçılıq zavodunda reaktor partlayıb.

OXU24.COM  xəbər verir ki, partlayış yanğınla müşayiət olunub. Hadisə nəticəsində 17 nəfər ölüb, 30-dan çox yaralı var.

Xəsarət alanlar xəstəxanalara aparılıb.

Yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər. Ölü sayının artacağı istisna edilmir.