Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Parlamentinə seçkilərin ilkin nəticələri açıqlandı

DÜNYA

104

10.06.2024, 12:34

Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb.

Xarici media xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, ilk pillədə Avropa Xalq Partiyası yer alıb.

Sözügedən partiyanın 720 yerdən 181-ni qazandığı bildirilir. 

İkinci pillədə isə 135 mandatla Sosialistlər və Demokratların Proqressiv Alyansı yer alıb.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-na qədər keçirilib. Bu, Avropa Parlamentinə keçirilən 10-cu belə seçki olub.