Qaynar xətt:

(+99450) 247 90 86

15 iyul qiyamı ilə bağlı gizlinlər - Gülənin kod adı "Dayı" imiş

2018-03/1522429577_gulen.jpg

DÜNYA

1379

30.03.2018, 21:05

\"\" Türkiyədə 2016-cı il iyulun 15-də baş tutan dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ-çülərin gizli yazışmaları aşkar edilib.
OXU24.COM  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Fətullah Gülənin rəhbərlik etdiyi təşkilatın əsasən fiqurlarından olan Bahadır Köroğlunun kimliyi anonim olan şəxslə yazışmaları deşifrə olunub.
Məlum olub ki, Türkiyədə planlaşdırılan qiyamla bağlı ilk anonsu Adil Öksüz adlı FETÖ-çü verib. O, deyib ki, hakimiyyətin devrilməsinə dair müzakirələr Amerikada aparılıb. \"Bylock\" yazışmalarında Rusiya, ABŞ və Çinin Ərdoğanın hakimiyyətdən getməsi üçün razılıq verdiyi qeyd edilib. Adil Öksüz qrup üzvlərinin nəzərinə çatdırıb ki, qiyam başlayan zamanı quru qoşunları ilə yanaşı havadan da hücum ediləcək. Yazışmalarda Fətullah Gülənin kod adının \"Dayı\" olduğu üzə çıxıb.