Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107094
az

Zaxarova: “Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür”

15:3425 Aprel, 2024
45
DÜNYA
  • A

“Belə görünür ki, Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiyanın hələ 2020-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı barədə Ermənistan mediasında yayılan məlumatları şərh edərkən bildirib.

O, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən atəşkəs barədə üçtərəfli bəyanatı xatırladıb.

“Putinin 2020-ci il noyabrın 17-də mətbuat konfransı zamanı dediklərini nəzərinizə çatdırıram. Sitat:

“Heç kim, hətta Ermənistanın özü Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq baxımından Azərbaycan bütün dünya birliyinin ölkəyə məxsus hesab etdiyi əraziləri özünə qaytarıb”. Bütün bu məlumatlar Rusiya prezidentinin saytında və xəbər saytlarının arxivində var. Fakt isə budur ki, 2022-ci ilin oktyabr ayında Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitin nəticələrinə görə məhz Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu, həmçinin Ermənistanın rəsmi bəyanatında müvafiq sitatları ilə təsdiqlənib”, - deyə Zaxarova bildirib.

O, vurğulayıb ki, erməni mediası Rusiya rəhbərliyinin Bakı və İrəvan arasında münasibətlərin normallaşması barədə sözlərini və hərəkətlərini həyasızcasına təhrif edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...