Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106444
az

“İrəvandan aydın reaksiya gözləyirik”

15:1218 Aprel, 2024
57
DÜNYA
  • A

“Brüsseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında Rusiya qoşunlarının Ermənistandan çıxarılması planlarının razılaşdırılması barədə yayılan məlumatlara İrəvandan aydın reaksiya gözləyirik”.

 

Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib. 

 

“Daha əvvəl, İrəvanda ictimai olaraq bildirildi ki, Qərb ölkələri ilə münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Biz Ermənistan rəhbərliyindən yayılan məlumatlara aydın reaksiya gözləyirik”, - deyə Zaxarova qeyd edib.

 

Qeyd olunur ki, Zaxarova bununla aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ görüşündə tərəflər arasında hərbi-siyasi sahədə razılıqların əldə olunmasına dair yayılan məlumatlara münasibət bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-də F-16 qırıcısı qəzaya uğradı
ABŞ-da
Rusiyada neft emalı zavodu yandı