Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106350
az

Litva yeni Qanun qəbul edir

17:2817 Aprel, 2024
66
DÜNYA
  • A

Litva Seyminin Milli Təhlükəsizlik Komitəsi parlamentə Rusiya və Belarus vətəndaşlarını üç ayda bir dəfədən çox vətənlərinə səyahət etmək üçün yaşayış icazəsindən məhrum edən qanun layihəsini qəbul etməyi tövsiyə edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Sputnik Litva məlumat yayıb.

 

“İcazələr onların son 3 təqvim ayı ərzində Rusiya Federasiyasına və ya Belarus Respublikasına bir dəfədən çox səfər etdiyi və bu səbəbdən Litvanın təhlükəsizliyinə təhlükə yaratdığı müəyyən edilərsə, ləğv ediləcək”,-deyə   komitə  üzvü  Jonas  Jarutis  bildirib.

 

Qeyd olunur ki, beş komitə üzvü təşəbbüsü dəstəklədiyini, ikisinin əleyhinə, bir nəfərin isə səsvermədə bitərəf olduğunu bildirib.

 

Aprelin 12-də Litva Xarici İşlər Nazirliyinin kansleri İnqa Çernyuk həmvətənlərini çoxlu ruslarla görüşə biləcəkləri ölkələrə tətilə getməməyə çağırıb.

 

Bu cür tövsiyələrin əsas səbəbi Ukraynadakı hadisələrin müxtəlif qiymətləndirilməsi nəticəsində mümkün münaqişələr olub.

 

Çerniuk litvalıları xarici turizm üçün Avropa istiqamətlərini seçməyə çağırıb.

 

Bundan əvvəl Rusiya məktəblərinə qarşı çıxan Litvanın təhsil naziri Gintautas Jakstasın istefa verdiyi bildirilirdi.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tokayev naziri vəzifəsindən AZAD ETDİ
Fransanın xarici işlər naziri İsraildədir
Ukrayna MDB çərçivəsində səhiyyəyə dair sazişdən çıxdı