Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106294
az

"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski

15:4316 Aprel, 2024
58
DÜNYA
  • A

 
"Dünya NATO üzvü olmayan İsrailin nümunəsində Ukraynanı müdafiə etməlidir..."

 
"Təcavüzkarı cilovlamaq üçün sivil dünyanın Ukraynaya dəstək üçün siyasi iradəsi yetərlidir..."
 
Zelenski dünya birliyi tərəfindən İsrailin müdafiəsini şərh edib
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, azad dünya ölkələri NATO üzvü olmayan İsrailin müdafiəsi nümunəsində Ukraynanı terrordan müdafiə edə bilər.

OXU24.COM  xəbər verir ki, bu barədə o, cəbhədə və energetikada vəziyyətlə bağlı Baş Komandanın stavkasının iclasının yekunlarına dair özünün "Teleqram-kanal"ında bəyan edib.
 
Zelenski deyib ki, iclasda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin cəbhənin əsas istiqamətlərində vəziyyət, Ukraynanın müdafiə tələbatları və gələcək fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib.
 
Həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşşenko və Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovda düşmənin ehtimal edilən hərəkətləri barədə kəşfiyyat məlumatları dinlənilib. 
 
Müdafiə naziri Rüstəm Ömərovun hesabatı silah, radio-elektron mübarizə sistemləri və dronlar tədarükünə aid olub.
 
Prezident həmçinin məlumat verib ki, energetika sahələri- "Minenerqo", "Enerqoatom", "Ukrenerqo","Naftoqaz" nümayəndələrinin hesabatları dinlənilib. 
 
Həmçinin baş nazirin müavini Aleksandr Kubrakovun xüsusilə cəbhəyanı və sərhədyanı regionlarda kritik infrastrukturun müdafiəsi üzrə məruzəsi dinlənilib.
 
Dövlət başçısı qeyd edib ki, fiziki müdafiə bəzi obyektləri terrorçuların zərbələrindən tam olaraq qoruya bilməz, çünki bunu yalnız kifayət qədər səmərəli HHM edə bilər.
 
O, qeyd edib ki, Ukrayna bunu anlayan və Ukraynanın hava qalxanına dəstək verən bütün dostlarına minnətdardır.
 
"Lakin Rusiya hücumlarının intensivliyi daha çox yekdillik tələb edir. İsraili müdafiə etməklə azad dünya belə yekdilliyin nəinki mümkün olmasını, həm də 100 faiz səmərəli olduğunu nümayiş etdirib. 
 
Müttəfiqlərinin qətiyyətli addımları terrorun uğur qazanmasına və infrastrukturun itkilərinə yol verməyib və təcavüzkarı cilovlamağa imkan verib.
 
Bunu İsrail kimi NATO üzvü olmayan Ukraynanı da terrordan müdafiə etmək üçün etmək olar. Bunun üçün 5-ci maddənin aktivləşdirilməsinə ehtiyac yoxdur, siyasi iradə yetərlidir", - Zelenski vurğulayıb.
 
Ərəb-İsrail münaqişəsi
 
İranın 300-dən artıq ballistik və qanadlı raketlər və uzaqvuran kamikadze-dronlarla hücumunu dəf etmək üçün İsrailə təkcə özünün deyil, həm də Böyük Britaniya, Fransa, ABŞ və Səudiyyə Ərəbistanının qüvvə və vasitələrini cəlb etmək lazım gəlib. 
 
Məsələn, fransız hərbçilər İsrailə tərəf uçan dron və raketlərin ələ keçirilməsində iştirak edib, çünki İordaniyada bazaları var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ