Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106095
az

Keçmiş səfir casusluğa görə həbs edildi

10:5513 Aprel, 2024
80
DÜNYA
  • A

ABŞ-ın Argentina və Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubanın xeyrinə casusluq ittihamı ilə 15 il müddətinə həbs edilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Reuters məlumat yayıb.

 

 

Rocha iki maddə üzrə özünü təqsirli bilib.

 

Bundan sonra ona hökm oxunub.

 

Prokurorluğun məlumatına görə, 73 yaşlı keçmiş diplomat hakim Kuba Kommunist Partiyasına (KKP) gizli köməklik edib - 40 illik diplomatik xidməti zamanı, o cümlədən ABŞ Dövlət Departamentində işləyərkən bunun üçün məlumat toplayıb.

 

“Reuters” yazır ki, 2022 və 2023-cü illərdə gizli işləyən və özünü Kubanın xarici kəşfiyyat xidmətinin nümayəndəsi kimi təqdim edən ABŞ FTB agenti ilə keçirdiyi bir neçə görüşdə Roça aşkarlanmamaq bacarığından danışıb.

 

Roça 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində çalışıb.

 

O, 1997-2000-ci illərdə ABŞ-ın Argentinadakı səfiri vəzifəsində çalışıb, bundan sonra Boliviyaya səfir təyin edilib və 2002-ci ilə qədər orada çalışıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messinin ölməz olmasını istəyirlər: Di Mariyanın da…
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ: