Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106074
az

Məşhur modelyer öldü

23:2012 Aprel, 2024
66
DÜNYA
  • A

Məşhur italyan modelyeri Roberto Kavalli 83 yaşında vəfat edib.

 

Oxu24.com  xəbər  verir   ki,   bu  barədə  La Nazione Firenze qəzeti məlumat  yayıb.

 

Nəşrin məlumatına görə, Kavalli uzun sürən xəstəlikdən sonra Florensiyada dünyasını dəyişib.

 

Kavalli 1940-cı il noyabrın 15-də Florensiyada anadan olub.

 

1960-cı ildə cins şalvar, köynək və digər geyim əşyaları üzrə ixtisaslaşan öz şirkətini qurub.

 

1970-ci ildə Kavalli dəri məmulatlarına naxışların tətbiqi üçün onun altı müxtəlif çalarlarda rənglənməsinə imkan verən yeni sistemin müəllifi olub.

 

Bu ixtira moda evləri arasında məşhurlaşıb.

 

1972-ci ildə italyan Florensiyanın Palazzo Pitti malikanəsində ilk kolleksiyasını təqdim edib.

 

 

İtalyan yüksək moda kolleksiyaları ilə yanaşı, 1998-ci ildə buraxılmış və aksesuarlar, saatlar, gün eynəkləri, ətirlər, çimərlik paltarları və alt paltarları təklif edən Just Cavalli brendini təqdim etdi. 2010-cu illərdə Roberto Cavalli Home divizionu da meydana çıxdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Özbəkistan Olimpiadaya vəsiqə qazandı
Ukrayna yaxın bir neçə ildə NATO-ya qəbul edilməyəcək - Baydenin xüsusi köməkçisi
Tbilisidə izdihamlı aksiya keçirildi