Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105725
az

Şizofreniya xəstəsi 4 polis  məmurunu  yaraladı

15:5507 Aprel, 2024
115
DÜNYA
  • A

Türkiyədə xəstə polislərə hücum  edib.

 

Oxu24.com  Türkiyə  mediasına   istinadən  xəbər  verir  ki, Burdurda Təpə Mahallesi, Yeşiltepe küçəsində yerləşən fərdi evdə tək yaşayan və şizofreniya xəstəsi olduğu deyilən Ahmet D. əşyalarını və yığdığı zibilləri küçəyə atmağa başlayıb.

 

Bir müddət sonra Ahmet D  pnevmatik tüfənglə atəş açmağa başlayıb.

Hadisə yerinə polis  xəbərdarlıqlara məhəl qoymayan Əhməd D-yə nəzarət etmək üçün evə bibər qazı ilə müdaxilə edib.

Hadisədə qazdan təsirlənən 3 polis və pnevmatik tüfəngin çiyninə dəyən qranulla yaralanan 1 polis məmuru və şizofreniya xəstəsi Əhməd D. Burdur Dövlət Xəstəxanasına aparılıb.

Ahmet D-nin hadisə yerində olan qonşusu Hüseyn Günay jurnalistlərə açıqlamasında Əhməd D-nin normalda sakit bir insan olduğunu, ancaq dünən gecədən etibarən ev əşyalarını küçəyə atmağa başladığını bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var