Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105691
az

Ural çayında suyun səviyyəsi sutkada 28 sm artıb

10:3307 Aprel, 2024
109
DÜNYA
  • A

Bir sutka ərzində Orenburq yaxınlığında Ural çayında suyun səviyyəsi 28 sm artıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “İnterfaks” şəhər meriyasına istinadən məlumat yayıb.

 

Şəhər hakimiyyətinin məlumatına görə, Orenburqda daşqınla bağlı vəziyyət getdikcə pisləşir.

 

Hazırda 27-si uşaq olmaqla 428 nəfər təxliyə edilib.

 

Hazırda Orenburq yaxınlığında çayın səviyyəsi 856 sm, əlverişsiz səviyyəsi 760 sm, təhlükəli səviyyəsi isə 930 sm-dir.

 

“Aprelin 7-si səhər saat 9-a olan məlumata görə, 1784 ərazi və 1347 təsərrüfat su altında qalıb. Vəziyyət getdikcə pisləşir”, - mesajda deyilir.

 

Meriya əlavə edib ki, müvəqqəti yerləşdirmə mərkəzində biri uşaq olmaqla altı nəfər var. Eyni zamanda, daşqın səbəbindən sakinlərin əvvəllər təxliyə olunduğu Orenburq ətrafının Krasnoxolm kəndində vəziyyət sabitləşib. Bir küçədə dörd həyətdə su qalır.

 

Bundan əvvəl Orenburq vilayəti hökuməti daşqın səbəbindən Orenburqda avtomobillərin hərəkətini aprelin 15-dək müvəqqəti məhdudlaşdırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib