Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105650
az

Finlandiya prezidenti Rusiya ilə sərhədin tamamilə bağlanmasının tərəfdarı olub

21:1106 Aprel, 2024
84
DÜNYA
  • A

Finlandiyanın Rusiya ilə şərq sərhədini bağlı saxlamaq düzgün qərardır.

 

Oxu24.com  xəbər  verir  ki,  bunu  ölkə prezidenti Alexander Stubb Yle telekanalına müsahibəsində bunun lehinə danışıb.

 

Qeyd olunur ki, Stubb Finlandiya hökumətinin Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrini qeyri-müəyyən müddətə tamamilə bağlamaq qərarını dəstəkləyib.

 

Finlandiya prezidentinin sözlərinə görə, sərhədin qeyri-müəyyən müddətə bağlanması xaosun qarşısını alacaq.

 

O, qaçqınların vəziyyətinin idarəolunmaz hala gəlmədiyini vurğulayıb.

 

Bundan əvvəl Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirmişdi ki, Helsinki soyuq müharibə dövründə SSRİ-yə qarşı neytral statusunu saxlamasına baxmayaraq, Rusiyaya qarşı müharibə tərəfinə qoşulub.

 

O qeyd edib ki, Finlandiya hakimiyyəti NATO-ya daxil olduqdan sonra belə bir qərar verib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ