Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105510
az

Mask Ukraynanın NATO-ya daxil olması ideyasından danışıb

10:5905 Aprel, 2024
70
DÜNYA
  • A

Amerikalı sahibkar və iş adamı İlon Mask bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması ideyası nüvə apokalipsisi haqqında filmə bənzəyir.

 

Oxu24.com  xəbər  verir   ki,  O, öz fikirlərini X sosial şəbəkəsində (keçmiş Twitter) ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynanın NATO-ya üzv olacağını elan etdiyi çıxışına şərhində paylaşıb.

"Nüvə apokalipsisi haqqında film belə başlayır", deyə o qeyd  edib.

 

Öz növbəsində amerikalı professor Con Mearsheimer NATO ölkələrinin sülhü təmin etmək üçün Ukrayna ilə münasibətləri tamamilə dayandırmalı olduğu fikrini bildirib.

 

Professor həmçinin əlavə edib ki, Qərbin vəzifəsi Ukrayna münaqişəsini daha da gərginləşdirmək yox, Ukraynanı böhranın həlli üçün diplomatik danışıqlara yönəltmək olmalıdır.

 

Bir müddət əvvəl ABŞ Ukraynanın ərazilərinin itirilməsinin qarşısını ala bilməyəcəyini açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvaya bu tarixdə qar yağacaq - XƏBƏRDARLIQ
COP29-un rəsmi saytı istifadəyə verildi
Gürcüstan parlamentində yenə dava düşdü - Video