Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105384
az

Yerusəlimdə israillilərlə ermənilər arasında toqquşma olub

22:2603 Aprel, 2024
120
DÜNYA
  • A

İsraillilər polisin dəstəyi ilə Yerusəlimdəki “İnək bağı” erməni məhəlləsinin ərazisinə daxil olublar.

 

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Erməni icmasının nümayəndəsi Sedrak Balyan iddia edir ki, polis “məhkəmə qərarı olmadan və xəbərdarlıq etmədən əraziyə” daxil olaraq quraşdırılmış hasarları söküb.

 

İcmanın digər nümayəndəsi bütün dünya ermənilərini qüvvələri birləşdirməyə və öz hökumətlərini İsrailə təzyiq göstərməyə çağırıb.

 

Balyan sosial şəbəkələrdə Qüdsdəki erməni icmasının üzvləri, o cümlədən keşişlər ilə onların ərazisinə daxil olan israillilər arasında toqquşmaların görüntülərini də yerləşdirib.

 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ