Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105373
az

Zelenskinin qərarından sonra Ukraynada təxminən 500 min yeni çağırışçı siyahıya alınıb

20:3703 Aprel, 2024
84
DÜNYA
  • A

Ukrayna Dövlət Statistika Xidməti ölkədə 25 və 26 yaşlı kişilərin sayını 467 min nəfər olaraq qiymətləndirib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə   Ukraynanın “Teleqraf” nəşri  məlumat  yayıb.

 

Ölkənin Dövlət Statistika Xidmətində qeyd edildiyi kimi, 2022-ci ilin yanvar ayına olan məlumata görə, Ukraynada 25-26 yaş arasında təxminən 467 min kişi var.

 

Bununla belə, departament etiraf edib ki, bu qiymətləndirmə qeyri-dəqiq ola bilər, çünki sonuncu əhalinin siyahıyaalınması hələ 2001-ci ildə aparılıb.

 

“Beynəlxalq standartlara görə, belə siyahıyaalma on ildə bir dəfə keçirilməli, Kiyev isə 2011-ci ildə bunu təkrarlamalı idi. Ancaq Ukrayna Avropada bunu etməyən yeganə dövlətdir. Vəsait çatışmazlığı səbəbindən daim təxirə salınırdı. İndi isə yenə onun vaxtını dəyişdirirlər - biz müharibənin bitməsini gözləyirik. Qələbədən sonra biz əhalinin tam siyahıyaalınmasını həyata keçirəcəyik”, - deyə Dövlət Statistika Xidmətindən bildirilib.

 

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Ali Radada respublikanın Silahlı Qüvvələrində səfərbərlik üçün minimum yaş həddinin 25 yaşa endirilməsi haqqında qanunu imzalayıb.

 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ