Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105371
az

NATO İsraili pislədi

20:5203 Aprel, 2024
84
DÜNYA
  • A

NATO-nun baş katibi Yens Stoltenberq İsrail ordusunun World Central Kitchen (WCK) humanitar təşkilatının əməkdaşlarına hücumunu pisləyib.

 

 

Oxu24.com  xəbər  verir   ki, O, İsrailin Qəzza zolağında humanitar karvana hücumunun qəbuledilməz olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, anklavda humanitar fəlakət baş verir və Qəzzada dinc sakinlər əziyyət çəkir. "Biz humanitar işçilərə zərbə gördük, mən bu zərbəni pisləyirəm", - baş katib vurğulayıb.

 

Stoltenberq qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) bu hadisəni araşdırmaq niyyətini alqışlayır.

 

Bundan əvvəl İDF Qəzzada humanitar karvana hücumu səhv adlandırmışdı. İsrail hərbçiləri zərbənin yardım işçilərinə zərər vermək məqsədi ilə həyata keçirilmədiyini açıqlayıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ