Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105145
az

Rusiyada terrora görə 3 nəfər tutuldu

22:1830 Mart, 2024
67
DÜNYA
  • A

Rusiyanın daxili kəşfiyyat idarəsi FSB ölkənin cənubunda terror aktı törətməyi planlaşdıran 3 nəfərin saxlanıldığını bildirib.

 

Oxu24.com  xəbər  verir  ki, Stavropol vilayətində hücum cəhdinin qarşısı alındığını açıqlayan FSB terrorçuların Orta Asiya əsilli olduğunu bildirib.

 

Rusiya kəşfiyyatı ələ keçirilən silahlı şəxslərin görüntülərini də dərc edib.

 

Açıqlamada partlayıcı istehsalda istifadə edilən kimyəvi maddələrlə yaxalanan bu şəxslərin Stavropolda izdihamlı tədbirə bombalı hücum təşkil etməyi planlaşdırdığı qeyd edilib.

 

Ötən cümə günü Rusiyanın paytaxtı Moskvada konsert zalında törədilən terror aktı nəticəsində 139 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürdüyü halda, Moskva Ukraynanı hücuma görə məsuliyyət daşıyır.

 

Nigar

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ